BVF Azərbaycana missiya göndərəcək



Azərbaycan iqtisadiyyatındakı son prosesləri müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) ölkədəki missiya rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-28-də Bakıda səfərdə olacaq.

Bu barədə “Report”a BVF-nin Azərbaycandakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

Xatırladaq ki, 2019-cu ildə ölkədə 2 faizdən artıq, yəni son beş ilin ən yüksək iqtisadi artım baş verib. Strateji yol xəritələrinə əsasən, 2020-ci ildə 3 faiz səviyyəsində hədəflənən iqtisadi artımın 2021-ci ildə 3,7 faiz nəzərdə tutulur ki, bu da xeyli dərəcədə təbii qaz hasilatın artırılması hesabına əldə edilməlidir. Həmçinin 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə 3,2 faiz iqtisadi artım gözlənilir.

Prezident İlham Əliyev ilin yekunlarına dair jurnalistlərlə söhbəti zamanı deyib: "Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz 1 milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik".

2019-cu ilin yanvar ayından Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri kimi fəaliyyət göstərən Natalia Tamirisa həmçinin BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində müşavirdir.
Oxşar xəbərlər
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət