Axtarış...

Tbilisidə gecə klubunda atışma olub, yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə "Basiani" gecə klubunda atışma olub.
"Report"un yerli bürosu xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.

Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.
Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanılıb.

Hadisənin digər detalları hələ məlum deyil.



Şərh yaz