Azərbaycandan İrana axın var, həm də bu şərtlər altında...



Qubad İbadoğlu: “Qonşu ölkəyə səfərlərin belə artım tempi əhalinin qida və tibbi xidmətə olan əsas ehtiyaclarının ödənilməsinin İrandan asılı olduğunu göstərir”



Azərbaycandan xaricə gedən hər beş nəfərdən ikisi İrana üz tutur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında 5 milyon 95 min vətəndaş ölkədən xaricə gedib. Onların 1 milyon 869 min 865 nəfəri, yaxud 36,7%-i qonşu İranı seçib.



Müqayisə üçün bildirək ki, insanların 28,7% -i Gürcüstana, 17,6% -i Rusiya Federasiyasına, 11,5% -i Türkiyəyə, 5,5%-i isə başqa ölkələrə yol alıb.



Vətəndaşlarımızın bu ölkəyə səfərlərinin artması ilə bağlı statistika da maraqlıdır. Çünki cari ilin hesabat aylarında onların sayı 25% artıb. Bundan əlavə, azərbaycanlıların qonşu Gürcüstana (12,7%), Rusiya (6,2%) və Türkiyəyə (4,5%) səfər faizləri də artıb.



İqtisadçı-alim Qubad İbadoğlu mövzunu AYNA-ya şərh edərkən deyib ki, azərbaycanlıların İrana üz tutması tendensiyası hər il daha da artır: “Ötən ilin 10 ayında İrandan 1,87 milyon vətəndaşımız gəlib. Əminəm ki, ilin nəticələrinə görə vətəndaşlarımızın bu ölkəyə səfərlərinin statistikası 2 milyonu keçib”.



Ölkəmizin vətəndaşları qida və tibbi ehtiyaclarına görə İrana daha çox səyahət edirlər. İqtisadçının sözlərinə görə, sanksiyalara məruz qalmış və Yaxın Şərqdəki münaqişə mərkəzinə çevrilmiş bir ölkəyə bu qədər marağın olmasına başqa izah tapmaq çətindir.



“Qonşu ölkəyə səfərlərin belə artım tempi sərhəd bölgələri əhalisinin qida və tibbi xidmətə olan əsas ehtiyaclarının ödənilməsinin İrandan asılı olduğunu göstərir. Bu sferalara cavabdeh olan dövlət idarələri vəziyyətə görə məsuliyyətlərini dərk edirmi? Vətəndaşlarımız İrana başqa hansı məqsədlərlə gedirlər? Ənənəvi olaraq, bu, qonşu ölkənin ucuz ərzaq və keyfiyyətli dərmanlara sahib olması ilə əlaqələndirilir. Bunun üçün azərbaycanlılar, bir qayda olaraq İrana gedirlər”, - İbadoğlu bildirib.



“Bəs digər mümkün amillər, məsələn, din amili burada rol oynayırmı? Suala dəqiq cavab yoxdur. Birinci halda, qonşu ölkəyə getməyə marağın artması tibbdə problemlərin və ərzaq məsələsinin göstəricisidirsə, ikinci məqam daha arzuolunmazdır. Çünki təhlükəsizlik problemləri meydana çıxa bilər”, - o, əlavə edib.



Ekspert bir məqama diqqət çəkib: “Statistikada Avropa və Amerikaya edilən səyahətlərin sayı qeyd edilmir. Buradan belə çıxır ki, Azərbaycandan oraya gedənlərin sayı digər ölkələrə səfərlərin 5,5%-i qədərdir. Bununla yanaşı, Gürcüstan və Ermənistanda bu göstərici 50%-ə çatır”.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət