Ruhi-Əsəb Dispanserində xəstələri məsxərəyə qoyan şəxslərlə bağlı polis hərəkətə keçdi - RƏSMİ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb:

“Sosial şəbəkələrdə yayılan videogörüntü, 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib. Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət