Axtarış...

İlham Əliyev Dövlət Agentliyinə 17,4 milyon manat ayırdı



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı doqquz yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Şərh yaz