Axtarış...

Qubada icra başçısının müavininin korrupsioner əməlləri ifşa olundu


Millitv.az
Hörmətli izləyicilər! Quba rayonundan redaksiyamıza daxil olan çox saylı müraciətlərlə əlaqədar apardığmız araşdırmalara əsasən bildirmək istəyirik ki, hal – hazırda Quba rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsində işləyən Allahverdi Xudaverdiyev Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdürü işləyərkən vətəndaşlara pul müqabilində yeri ünvanı bilinməyən fərdi yaşayış evi tikmək üçün Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamələr vermişdir. Apardığımız araşdırma zamanı redaksiyamıza müraciət edən Quba rayon sakinləri Salahov Kənan Tərlan oğlu, Əliyeva Rəsmiyyə Qəzənfər qızı, Əliyev Elçin Qəzənfər oğlu, Əliyev Namik Qəzənfər oğlu və Əliyeva Nahidə Qəzənfər qızı Allahverdi Xudaverdiyevin qurbanına çevrilmişlər. Allahverdi Xudaverdiyevin qurbanına çevrilən Quba rayonunun sakinləri bizə bildiriklərinə görə Allahverdi Xudaverdiyev rayonun Torpaq Xəritəçəkmə şöbəsinin müdürü işləyərkən rayonda Rizvan adlı əlaltısının köməkliyi ilə rayon ərazisində yaşayan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəyən vətəndaşlar , Rizvanın himayədarlığı ilə Allahverdi ilə əlaqəyə girərək fərdi yaşayış evi tikmək üçün aldadılaraq onlara saxta şəhadətnamələr verilibdir .

Qubada icra başçısının müavininin korrupsioner əməlləri ifşa olundu
Bildirmək istəyirik ki, redaksiyamıza müraciət edən şəxslər 2017 –ci ildə Əmlak Komitəsinin müvafiq qurumuna müraciət edərək fərdi yaşayış sahələrinə əllərində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə dövlət mülkiyətindən çıxarış almaq istəyərkən şəhadətnamələrin saxta olması üzə çıxıb. Redaksiyamıza məlumat verən şikayətçilər onu da bildirdilər ki, Allahverdi Xudaverdiyev vəziyyətin ürək açan olmadığını görüb ondan şikayətçi olanların bəzilərini yanına çağıraraq onlardan aldığı pulların bir qismini ( Allahverdi hər şəhadətnaməyə 3500 ABŞ dolları almışdır) geri qaytararaq sənədlərin qanuni qaydaya salınması üçün üç ay vaxt istəmişdir. Amma verilən vədin üstündən bir il keçməsinə baxmayaraq Allahverdinin verdiyi vədin yalan olması üzə çıxıb.Onu da bildirmək istəyirik ki, Allahverdinin qurbanına çevrilmiş redaksiyamıza müraciət edən şəxslərin bəziləri verdikləri pulu hələdə Allahverdi Xudaverdiyevdən ala bilmirlər .

P.S Hörmətli izləyicilər belə görünür ki ,hələdə Allahverdi Xudaverdiyev kimi şəxslər öz korrupsioner əməllərini yaxşı həyata keçirməy üçün daha böyük vəzifələrə irəli çəkilirlər. Belə olmasaydı Dövlət Torpaq Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra, onu Quba rayonunda daha böyük vəzifəyə Quba rayonunun İcra başçısının birinci müavini vəzifəsinə irəli çəkməzdilər. Adətən Allahverdi Xudaverdiyev kimi şəxslər böyük vəzifələrdə çalışan şəxslərə çox sərf edir çünki Allahverdi kimi , şəxslər hər zaman özlərini odun suyun içinə ataraq bütün dövlət vəzifəsində oturmasına baxmayaraq bütün çirkin əməlləri görməyə hazırdır.

MÜRACİƏT

Yaranmış vəziyyətlə əlaqədar Biz bir mediya qurumu olaraq Prezident ilham Əliyevə cənablarına müraciət edirik . Cənab İlham Əliyev uzun müddətdir ki, redaksiyamıza daxil olan və apardığımız mediya araşdırması zamanı Quba rayonunda hal – hazırda rayon icra hakimiyətinin başçısının birinci müavini işləyən Allahverdi Xudaverdiyev saxta sənədlər düzəldərək pul müqabilində vətəndaşlara satdığı torpaqlar barədə zərər çəkənlərin bizə təqdim etdiyi kifayət qədər məlumat vardır. Yaranmış vəziyyətdə Allahverdi Xudaverdiyevin korrupsioner əməllərini ifşa olunmasında və gələcəkdə bu kimi insanların zərər çəkməməsi üçün bu məlumatı sizə yollayırıq.


Hörmətli izləyicilərimiz bu faktlarla əlaqədar qurbana çevrilmiş şəxslər redaksiyamızla əlaqə saxlaya bilər.
ARAŞDIRMAMIZ DAVAM EDİR.


MİLLİTV.az



Şərh yaz