Axtarış...

ADA Universitetinə yeni mətbuat katibi təyin edilib



ADA Universitetinin informasiya təminatını və ictimaiyyətlə əlaqələrini icra etmək üçün yeni şəxs təyin edilib.

Universitetin Marketinq və Kommunikasiya departamentinin meneceri Kamilla Zeynalova "Report"a bildirib ki, 2020-ci ilin yanvarın 7-dən etibarən ADA Universitetinin təbliğatının aparılmasını, ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini, mətbuat nümayəndələri ilə əlaqələrin genişlənməsini və bu istiqamətdə xüsusi layihələri Şəbnəm Məhərrəmova həyata keçirəcək.

Bununla da Ş.Məhərrəmova fəaliyyətini ADA Universitetinin Marketinq və Kommunikasiya departamentində davam etdirəcək.



Şərh yaz