Axtarış...

Seçki yarışı siyasi aktivliyi artırıb: GÖZLƏNTİ DOĞRULUR? - TƏHLİL

Seçki yarışı siyasi aktivliyi artırıb: GÖZLƏNTİ DOĞRULUR? - TƏHLİL

Siyasi düşərgədə 9 fevral parlament seçkilərinə ciddi hazırlıq gedir.

Erkən seçki media və sosial şəbəkələrdə kifayət qədər fəallığa səbəb olub. Xüsusilə də vətəndaşların fəallığı kifayət qədər hiss olunur. Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 20 partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Artıq növbədənkənar parlament seçkilərində iştirak etmək üçün sənəd vermiş 20 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınıb.

Seçkilərdə namizəd kimi iştirak etmək üçün indiyə qədər 1329 nəfər müraciət edib. Rəsmi məlumata görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1,056 min nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 1,042 min nəfər qeydiyyata alınıb. Onlardan 829 nəfəri imza vərəqələrini artıq götürüb. Bununla yanaşı, sosial şəbəkələrdə və media hər gün bir çox şəxs namizəd olacağını açıqlayır.

Maraqlıdır, seçkilərdə seçici aktivliyi olacaqmı? Siyasi partiyalar bu seçkidən nə gözləyir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, seçkilərlə bağlı aktivlik var, vətəndaşlarda müəyyən ümidlər yaranıb:

“Hər zaman seçkinin istər bir siyasi partiyanın, istər cəmiyyətin siyasi aktivliyində önəmli rol oynadığını vurğulamışıq. Nəticədən asılı olmayaraq. Məsələn, son bələdiyyə seçkilərində kifayət qədər neqativ hallar oldu və bunlar mediada işıqlandırıldı. Bəli, bu seçki də gözləntilərimizi doğrultmadı. Amma həm də bu dəfə insanlar haqqsızlıqlara qarşı çıxdılar, səslərini tələb etdilər. Bu seçkidə media da özünü göstərdi, müəyyən maneələr olsa da, seçki prossesini işıqlandırdı, neqativləri göstərdi. Bu seçkilərdə insanlarda “mən də namizəd ola bilərəm” deyə bir inam, həvəs yarandı. Diqqət edin, parlament seçkilərinə nə qədər ictimai-siyasi ağırlığı olmayan sıravi vətəndaş namizəd olur, olmaq istəyir. Bu o deməkdir ki, insanların beynində yaradılan “yalnız filankəslər deputat ola bilər” baryeri uçub. Artıq insanlar konstitusiyada qeyd edildiyi kimi, hər bir vətəndaşın bələdiyyə, millət vəkili olacağına inanmağa başlayırlar. Bu çox müsbət haldır. Eyni zamanda bu bir təcrübədir. İnsanlar gördülər ki, baş verən qanusuzluqları gizlətmək mümkün olmadı, media sərbəst şəkildə seçkini işıqlandıra bildi, neqativləri göstərdi. Artıq seçkini saxtalaşdırmaq çətinləşir. Vətəndaş seçkiyə kütləvi şəkildə qatılsa, hər kəs öz səsinin arxasında dursa saxtalaşdırma da çətinləşəcək. Artıq oyanış hiss olunur. Evdə oturub, heç bir şey etmədən, “saxtakarlıq olacaq seçkiyə getmə” deməkdən bir fayda gəlməz. İllərdir bu yanaşmadan fayda gəlməyib zatən. Seçkidə iştirak etmək, haqqını tələb etmək vacibdir. Halva-halva deməklə ağız şirin olmur. Demokratiya, şəffaflıq istəyiriksə, bunu sivil yolla əldə etməliyik. Yeganə sivil yol isə seçkidir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə seçki prosesinin passiv keçdiyini deyib:

“Əslində, seçki prosesində fəallıq yox, passivlik var. Vətəndaşlar imzatoplama kampaniyasında demək olar ki, iştirak etmək istəmir, imtina edir. Namizədlərin çoxluğu isə seçki bataqlığı yaratmaq üçündür. Su nə qədər bulanıq olsa, orada balıq tutmaq daha asan oldu. Ona görə də düşünmürəm ki, ölkədə seçki fəallığı var. Mərkəzi Seçki Komissiyası da seçkiqabağı fəallığın artması üçün heç bir iş görmür. Dövlət orqanları seçki ilə bağlı öz üzərinə düşən işi yerini yetirmir. Vətəndaşların seçkidə ativ iştirakı ilə bağlı heç bir təşviqat işi görülmür. Ona görə də demək olmaz ki, ölkədə seçki fəallığı var. Əksinə, olduqca passiv proses keçir. Vətəndaşlar seçki kampaniyasında da iştirak etmək istəmir. Görünən isə odur ki, seçki vaxtı da səsvermədə iştirak edən vətəndaşların aktivliyi çox aşağı səviyyədə olacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, seçkinin aktivliyi namizədlərin qeydə alınmasından sonra bəlli olacaq.


Daha çox xəbər

Şərh yaz
шарики с гелием с доставкой

----

Кликай по ссылочке!

----


купить чемодан скидки в москве

----

Кликните по ссылке для просмотра всех предлодений

----


надувные шары на день рождения недорого

----

Все для праздника

----


продажа помещения под офис

----

Все для посетителя

----


бц гранд сетунь плаза

-----

каталог сайтов посмотреть

----


нео гео бц

----

Поговорим про двери

----


железные двери с установкой в москве


личный кабинет госуслуги



быстрая денежка займ

2353listtest