Axtarış...

Partladıcı peraparatların satışını kim təşkil edir



Millitv.az saytına Sumqayıt şəhərindən daxil olan məlumatda bildirilir ki, Hər il olduğu kimi​ bu il də yeni il qabağı “vzrıvpaket” qanunsuz satışı vətəndaşların istirahətinə ciddi maniyə yaradır.

Satışı qadağan edilən pirotexniki vasitələr​ Sumqayıtda açıq satışda.Sumqayıtı şıdırğı ​ pirotexnika ​ satışı bürüyüb,tədbir görənsə ​ yoxdur.Görəsən hüquq mühafizə orqanları​ Sumqayıtda bu özbaşınalığa niyə göz yumur?!

​Qarşıdan gələn yeni il bayramı ilə əlaqədar ən çox da uşaqların istifadə etdiyi pirotexniki vasitələr Sumqayıtda ələlxüsus mərkəzi yerlərdə-Sülh küçəsi,Heydər Əliyev prospekti boyu, "Cavid" və "Karvan"​ ticarət mərkəzlərinin​ ətrafındakı müxtəlif yerlərdə ,eləcə də böyük supermarketlərin qabağında ,insanların​sıx olduğu, gur​ axın ​ etdiyi yerlərdə açıq şəkildə, günün günorta çağı açıq-aşkar,heç kimdən çəkinmədən ​ satılır.Və heç kim onlara “güldən ağır” söz demir,heç bir polis , hüquq mühafizə orqanları​ işçisi nəniki yaxınlaşıb bildirmir ki,bu cür partlayıcı maddələrin satışı qadağandır,heç ümumiyyətlə ətrafda görsənmir.Və ən dəhşətlisi odur ki,Sumqayıtda yeni il ərəfəsində bu cür vəziyyət hər dəfə təkrar olunur.Kimlərsə pul qazanacaq deyə insanlar əziyyət çəkir.Bu alver yeni il qabağı yaxşı gəlir gətirdiyindən, “vzrıvpaketlərə”​ tələbat bu günlərdə çox artığından ​ və baha satıla bilindiyindən Sumqayıtda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ilə məşğul olan yüzlərlə səyyar satış​ nöqtələri göbəlik kimi peyda olub çoxalır.Çoxsaylı belə piştaxtalarda hər növ və müxtəlif qiymətlərə​ pirotexniki vasitələrə satılır və bu cür satış yerlərini müşahidə etmək​ çətin deyil,çünki o dəqiqə gözə çarpır.Bir qayda olaraq bu cür​ səyyar “polkaların” xeyli sayda​ alıcı toplaşır.

İctimai yerlərdə pirotexniki vasitələri satan şəxslər bildirirlər ki,onlar bir neçə gün alver etmək üçün​ böyük​haqq verirlər.Görünür bu səbəbdən də onlara heç nə deyən yoxdur. Görəsən hüquq mühafizə orqanları​ Sumqayıtda bu özbaşınalığa niyə göz yumur?!



Halbuki , yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ölkədə qadağan olunub.

Yaxşı olardı ki, hüquq mühafizə orqanları Sumqayıtda​ bu cür özbaşnalığa göz yummayaraq bir tədbir görərdi.Xatırlatmaq lazımdır ki, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.

Həmişə olduğu kimi, bu yeni il qabağı da küçələrdə “partapartlar” başlayıb.

Bu cür partladanların insanların psixikasına da mənfi təsir edir. Uşaqların bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına,müxtəlif növ ​ səbəb olur.

Hər bayramda bu cür pirotexniki vasitələrə görə bədbəxt hadisələrin də baş verməsinin şahidi olur, bununla bağlı xəbərlər oxuyuruq. Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir. “Partapart” səsindən​ bir çox insanlar evdə ,küçədə həmin günlər rahat gəzməyin​ mümkün​ olmadığını bildirilir.




Şərh yaz
Большие шары

----

Кликни на сайт

----


Купить тканевый чемодан Москва

----

Нажмите на ссылочку, чтобы посмотреть сайт

----


заказать воздушные шары на день рождения

----

Зайдите на сайт

----


аренда мини офиса

----

Все для посетителя

----


бц белые сады

-----

вот ещё одно предложение

----


бц нео гео

----

Посмотрите дверь

----


входные металлические двери в квартиру цена


госуслуги-личный кабинет вход



займ экспресс контакты

2353listtest