Axtarış...

Bilərzik sifariş verdi, satıcı əvəzinə, silahlı şəxslər gəldi


Rusiyanın Sankt-Peterburq şəhərində bilərzik sifariş edən qızın evinə silahla gəliblər.

Fontanka.ru-nun xəbərinə görə, 29 yaşlı Fruzenski rayon sakini işlədiyi mağazadan çıxıb evinə gələndə internet vasitəsilə bilərzik sifariş verdiyi şəxsə zəng edib.

Sifariş verdiyi bilərziyini almaq istəyən qızı silahlı şəxslər qarşılayıb.

Qıza hücum edib pul tələb edən şəxslər onun etirazına baxmayaraq, 300 min rubl (8,220 AZN) məbləğində pulunu oğurlayaraq qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.


Daha çox xəbər

Şərh yaz