Axtarış...

YAP-ın yeni siyahısında onların adı yoxdur

Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı siyahısını bu gün açıqlayacaq.

Anews.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.

YAP-ın yeni namizəd siyahısında vitse-spiker Bahar Muradova, Arif Rəhimzadə, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Tahir Süleymanovun adları yoxdur.

Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Elman Nəsirov, Rəşad Mahmudov, Tahir Rzayev, Kamilə Əliyeva, Tahir Mirkişilinin namizədliklərinin isə yenidən irəli sürüldüyü qeyd olunur.


Daha çox xəbər

Şərh yaz