Axtarış...

“Sığorta şirkətləri vətəndaşları süründürür” - FAKTLAR



Sığorta mütəxəssisi İlkin İbrahimov sığorta şirkətlərini öz müştərilərinə qarşı dürüst olmağa çağırıb.

FED.az xəbər verir ki, tanınmış ekspert sığorta şirkətlərini vətəndaşları süründürməsində ittiham edərək aşağıdakıları bildirməklə yanaşı əsaslı faktlarlarla nümunələr gətirib.

“Son vaxtlar əmlakın sığortası müzakirə mövzususdur. Əksər ekspertlər və KİV təktərəfli olaraq vətəndaşları günahlandırırlar. KİV-ləri və bir çox ekspertləri başa düşürəm, sığorta şirkətləri ilə əməkdaşlıq edirlər. Amma nə üçün onu da yazmırsınız ki, əmlakın sığortasına vətəndaşlar tərəfindən indiyədək marağın olmamasının bir səbəbi də sığorta şirkətlərinin vətəndaşı süründürməsidir” – deyə İlkin İbrahimov bildirib.

Ekspert bildirib ki, yanvarın 1-dən sığortası olmayanlara qarşı heç kimə protokol yazılmayacaq, çünki ən azından protokolun nümunəsi hazırlanmayıb. İlkin İbrahimov sığorta şirkətlərinin müştəriləri incitməsi ilə bağlı konktret faktlar da göstərib

- "Azərsığorta"nin 2017 ci ildə vətəndaşın evində yanğın baş verməsinə baxmayaraq nəzarət edici orqana yalan məktub yazaraq ki, " yanan ev sığortalanmayıb" deyənlər nə qədər ki, cəzalanmayıb, sığortanın inkişafından danışmaq tezdir.

- "Azsığorta" şirkəti 80 nəfərlik Ticarət mərkəzində yanğına görə vətəndaşa gülməli məbləğ təklif edir. Sahiblarlar konfederasiyası da heç bir müraciət filan etmir.


Daha çox xəbər

Şərh yaz