Nazirliyin məsul işçisi laçınlıların təkidli müraciətlərini niyə geri çevirdi?



Laçın rayonunun sabiq İcra başçısı, hazırda Kənd Təsərrüfatı nazirliyində çalışan Ramiz Cəbrayılov 121 saylı Laçın Rayon Seçki Dairəsinin seçicilərinə müraciət ünvanlayıb.

Sabiq İcra başçısı Moderator.az saytına göndərdiyi müraciətində laçınlıların son günlər ondan təkidlə Milli Məclis seçkilərinə namizədliyini verməsini xahiş etdiklərini yazır: "Qoynunda boya-başa çatdığım və uzun müddət mötəbər vəzifələrdə çalışdığım işğal altındakı doğma Laçın rayonunun məcburi köçkün sakinləri adından son günlər mənim növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyimi təkid edən yüzlərlə birbaşa müraciət, telefon zəngləri daxil olub. Əvvəla, 121 saylı Laçın rayon seçki dairəsindən mənim Milli Məclis üzvlüyünə namizədliyimi görmək istəyən, deputat olmağımı arzulayan hər bir laçınlının qarşısında baş əyir, öz dərin təşəkkür və minnətdarlığımı bildiriəm...".

R.Cəbrayılov müraciətində daha sonra laçınlılara minnətdarlıq edərək Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifəsinin olduğunu və laçınlıların bütünlüklə YAP-ın namizədini dəstəkləmələrini qeyd edib.

Qlobal.az "son günlər yüzlərlə birbaşa müraciət, telefon zənglərinə" cavab verməli olan Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Ramiz Cəbrayılovun birdən-birə mətbuat vasitəsilə müraciət edərək laçınlıları Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə səsləməsinin səbəbi barədə ilginc məlumat əldə edib.

İddialara görə YAP-ın 121 saylı Laçın Rayon Seçki Dairəsindən namizəd irəli sürəcəyi hələ dəqiqləşməsə də, sabiq icra başçısı bu cür müraciət etməsi özünü gündəmə gətirmək istəyindən irəli gəlir.

Məlum olduğu kimi son günlər Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin vəzifədən azad edilməsi üçün bir qrup laçınlı davamlı olaraq etiraz aksiyası keçirməkdədir. Artıq bu cür aksiyalardan ikisi Bakı şəhərində baş tutub. Aksiya keçirənlərin dövlət başçısından istəkləri odur ki, Aqil Nəzərlini vəzifəsindən azad edərək onun yerinə Laçın camaatının qayğısını, problemini öz qayğısı, problemi hesab edən bir şəxsi təyin etməsidir.

Məlumata görə, Aqil Nəzərlinin yaxın zamanlarda vəzifədən çıxarılacağı deyilir. Hazırda əslən Laçından olan bəzi şəxslərin özlərini Laçın rayon İcra Hakimiyyətinin başçısı postuna potensial namizəd kimi gördükləri və müxtəlif kanallarla istəklərinin reallaşmasına çalışdıqları deyilir.

Bu "namizəd"lərin içərisində vaxtilə Laçın rayonunda böyük vəzifə tutmuş məmurların və bank sektorunda çalışan şəxslərin də olduğu deyilir.

Qeyd edək ki, Ramiz Cəbrayılov 2007-2013-cü illərdə Laçın rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət