Axtarış...

"Ronaldo "Real"da oynasaydı, "Qızıl top"u qazanacaqdı"



Xorxe Mendes meneceri olduğu "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı hücumçu son iki ildə ən azı bir dəfə "Qızıl top"u qazanmağa layiq idi:

"Əgər "Real"da oynasaydı, bu mükafatı qazanacaqdı. Ona "Qızıl top"un verilməməsi ədalətsizlikdir. Millətlər liqasına çempion oldu. Portuqaliya Ronaldodan əvvəl heç nə qazanmamışdı. Onunla birlikdə Avropa çempionu və Millətlər liqasının qalibi oldular. Portuqaliya kimi kiçik ölkə Ronaldonun sayəsində dəyişdi. Dünya futbolunda yer aldı. Növbəti il yenə Kriştianonun "Qızıl top"u qazanacağını düşünürəm".



Şərh yaz