Axtarış...

"Qarabağ"ın futbolçusu 100-ə çatdı



Azərbaycan Premyer Liqasının XIV turu "Qarabağ"ın futbolçusu Miçel üçün əlamətdar olub.

Milli.Az xəbər verir ki, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Bu yubiley "Keşlə" ilə ev matçına (2:2) təsadüf edib.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub. Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/16 - 24 oyun (4 qol), 2016/17 - 25 oyun (4 qol), 2017/18 - 23 oyun (3 qol), 2018/19 - 19 oyun (5 qol), 2019/20 - 9 oyun.



Şərh yaz