Axtarış...

"Ölüm-itim dünyasıdır, yeyəndə..." - Məşhur müğənni Masallının 8 illik icra başçısını tənqid etdi - VİDEO



"Hər dəfə Masallıya gələndə rayonun bərbad yollarını görüb keyim pozulur. Ölüm-itim dünyasıdır, yeyəndə bir tərəfdən rəhmət qazanmaq üçün nə isə iş də görmək lazımdır". Bu sözləri müğənni Niyam Səlami deyib.

BAKU.WS xəbər verir ki, dünən anasını itirən ifaçı Masallıya yollanıb. N.Səlami rayonun bərbad yollarını video çəkərək şikayətlənib və aidiyyatı qurumların məsul rəhbərlərini tənqid edib:

"Prezidentimiz qərar verib ki, rayonları kəndlərlə, qəsəbələrlə birləşdirən yollar abadlaşdırılmalıdır və bunun üçün milyonlar ayrılıb. Hər kəsə öz doğulduğu yer əzizdir, amma mən doğulduğum yerə gələndə əhvalım pozulur. Masallı rayonu xaraba qalıb.

BAKU.WS



Şərh yaz