Axtarış...

Kürdəmirdə dəhşətli hadisə - Ölən və yaralananlar var



Dekabrın 5-də saat 1 radələrində Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Millitv.az Publika.az-a istinadən xəbər verir ki, Sığırlı kəndi ərazisində Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi "Ford" markalı avtomobili qarşıda gedən "KamAZ" markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının sərnişinlərindən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Şərh yaz