Axtarış...

Azərbaycan Prezidenti: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"



"Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanarkən deyib.

Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət edən dövlət başçısı deyib: "Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir. Bu ev yəqin ki, əvvəlki evdən də fərqlənir".



Şərh yaz