Axtarış...

İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb


“İranda keçiriləcək 11-ci Parlament seçkilərində 7421 nəfər namizədliyini irəli sürüb”.

Bunu İran Seçki Qərargahının sözçüsü Seyid İsmail Musəvi deyib.

Artıq 5 gündür ki, deputatlığa namizədlik üçün qeydiyyata başlanılıb.

İ.Musəvi deyib ki, namizədlərin ən çoxu Fars, Xuzestan, Rəzəvi Xorasan, İsfahan və Tehran əyalətlərindən qeydiyyata alınb.

Onun sözlərinə görə, namizədliyini irəli sürən şəxslərdən 821 nəfəri qadın, 6600 nəfəri isə kişidir.

Namizədlərdən 4 faizi bundan öncə də deputat olublar. Digər 4 faizi dini təhsil alanlar, 13 faizi doktorluq dərəcəsi alanlar, 78 faiz maqistratura məzunu, 5 faiz isə şəhadətnamə və daha aşağı təhsil sənədinə sahibdir.

Qeyd edək ki, dekabrın 1-dən İranda 11-ci çağırış deputatlığa namizədlərin qeydiyyata alınmasına başlanıb. Namizədlərin qeydiyyata alınması prosesi 7 gün ərzində həyata keçirilir.

İranda parlament seçkiləri 4 ildən bir keçirilir. 11-ci çağırış parlamentə seçkilər 2020-ci il fevralın 21-də baş tutacaq. Seçkilərdə iştirak etmək hüququna malik 55 milyon nəfər var. /apa/


Daha çox xəbər

Şərh yaz