Axtarış...

"Ata Bank" məcburi köçkünə necə divan tutur... - GİLEY



Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Binəqədi rayonu,Sulutəpə qəsəbəsi, 1-ci küçə, ev 8-də yaşayan Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident! Bir daha xatırladım ki, mənə məxsus əmlakı mənim icazəm olmadan Ata bank ASC rəhbərliyilə gizli sövdələşərək girov müqabilində 95000 manat kredit götürüb mənimsəmiş dələduz dəstənin rəhbəri Nazim Əsgərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.4maddəsi üzrə cinayət işi başlanmış və hazırda Nərimanov Rayon polis İdarəsində aparılan istintqa işləri yekunlaşmaq üzrədir Və barələrində cinayət işi açılmış “Atabank” ASC-nin “Xəzəzr” filialının sabiq sədri Aydın, onun dostu olan və Nazim Əskərovun qohumu Kamran da cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu dələduz dəstə Nazim və Kamran dünən, 3 dekabr 2019-cu il, gecə saat 12-də Sulutəpə ərazisində yerləşən mübahisəli evimə ATA bank işçiləri və RİAD mühafizə dəstəsinin 6 nəfər qoçusuilə birlikdə gələrək dəmir darvazanı mənim iştirakım və xəbərim olmadan qaynaq etdirib bağlamışlar. Hazırda mən özümə aid olan hissədə evimə daxil ola bilmirəm. Mən bu gün, dekabrın 4-də işdən evə qayıdarkən bu quldur basqınının şahidi oldum. Hesab edirəm ki, Istintaq yekunlaşmadan Atabank rəhbərliyinin mənim mülkiyyətimə qarşı dələduz nazim və Kamranla birləşərək gecə evimə gəlmələri və darvazanı özbaşına qaynaq etmələri özbaşnalığın son həddidir. Və heç kimin ixtiyarı yoxdur ki, dələduz dəstəilə birlikdə mənim evdə olmamağımdan süi-istifadə edərək evimə basqın təşkil etsin və mülkiyyətimi qəsb etsin.

Çox hörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm, məhkəmə predmetinə daxil olmayan, ayrıca yeganə övladım üçün 5 sot torpaq üzərində tikdiyim və hazırda yaşadığım otaqlardakı bütün şəxsi əşyalarımı, daşınar çoxsaylı mülklərimi “Atabank” ASC- rəhbərliyinin birbaşa göstərişi əsasında oğurlanmış və talan edilmiş bütün əşyalarımın dərhal yerinə qaytarılmasını, “Atabank” ASC rəhbərliyinin dünən gecə mənim mülkiyyətimdə törətdikləri qanunsuz əməllərin qarşısının alınması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".

Dia.az


Daha çox xəbər

Şərh yaz