Axtarış...

Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı - GƏLİŞMƏ



Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri zamanı digər məsələlərlə yanaşı Azərbaycanla Ermənistanın “kiçik addımlarla” yaxınlaşmasına dair plan da müzakirə olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” yazır. Qəzetin əməkdaşı Lavrovu Bakıya səfərdə müşaiyət edib.

“İlham Əliyevlə və Elmar Məmmədyarovla danışıqlar zamanı Lavrov Rusiyanın tərəfləri humanitar sferada “kiçik addımların” köməyi ilə yaxınlaşdırmağa dair aprel təkliflərini də müzakirə edib. Bu planın bir hissəsi artıq reallaşıb: noyabr ayında uzun illərdən sonra ilk dəfə jurnalistlərin qarşılıqlı səfəri baş tutub”,-məlumatda deyilir.

Nəşr qeyd edir ki, hazırda azərbaycanlı və erməni ictimai xadimlərinin,mədəniyyət xadimlərinin və parlamentarilərin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələsinə baxılır.

“Hərbi əsirlərin mübadiləsi də müzakirə olunur. Bakı buna artıq razılıq verib”,-qəzet qeyd edir.


Daha çox xəbər

Şərh yaz