Kölgə MKİ: “Sərkisyanın vəziyyəti daha da ağırlaşacaq”

Kölgə MKİ: “Sərkisyanın vəziyyəti daha da ağırlaşacaq”



Ermənistanda polis idarəsinin tutulması böhranının başa çatmasına baxmayaraq, əhali hələ də hökumətdən əl çəkmir.

MİLLİTV.az xəbər verir ki, bu sözlər “Stratfor” təşkilatının yaydığı məlumatda yer alıb. Təşkilatın fikrincə, Sərkisyanın islahatlar söz verməsinə baxmayaraq, əhalinin böyük bir hissəsi buna skeptik yanaşır:

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki aprel eskalasiyası zamanı işğal olunmuş Azərbaycan ərazilərinin bir qisminin azad olunması Sərkisyanın imicinə ciddi zərbə vurub. Xalqın narazılığı, Azərbaycanla qarşıdurma Ermənistan hökumətinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ermənilərin çoxu Aprel hadisələrindən qıcıqlanıblar və bunu Ermənistan hakimiyyətinin böyük uğursuzluğu hesab edirlər. Hökumətə qarşı xalqın təzyiqi davam edəcək. Ermənistanda hökumətə qarşı nümayişlərin sayı daha da artacaq”.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət