“Ağ bığlılar” yenidən səhnədə...



Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izlənilib. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.

Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.
Oxşar xəbərlər
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət