Axtarış...

Cari ildə Azərbaycanla Səudiyyə Ərəbistanının ticarət dövriyyəsi 10 milyon dollar olub



Yanvar-oktyabr aylarında Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 10 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini əvəz edən Yusif Abdullayev dekabrın 3-də Bakıda keçirilən “Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları”na dair tədbirdə deyib.

Y.Abdullayev qeyd edib ki, ticarət dövriyyəsinin göstəricisi yüksək olmasa da, potensial var və bu rəqəmləri artırmaq mümkündür.


Daha çox xəbər

Şərh yaz