Prezidentdən rəqabəti gücləndirən addımlar: - Daha bir qurum ləğv edilə bilər

Prezidentdən rəqabəti gücləndirən addımlar: - Daha bir qurum ləğv edilə bilər

Xəbər verdiyimiz kimi, ölkə prezidentinin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib. Fərmana əsasən ölkə qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.
Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Vüqar bayramov bildirib ki, bu dəyişiklik gözlənilən idi:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Banka birləşdirilməsi əslində proqnozlaşdırılırdı. Nəzərə alsaq ki, oxşar mexanizm Gürcüstanda da bir müddət öncə tətbiq olunmuşdu. Belə ki, Gürcüstan hökuməti palatanın ləğv edilməsi və Mərkəzi Banka birləşdirilməsi haqqında qərar qəbul etdi. Əslində Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bankın eyni zamanda fəaliyyət göstərməsi bir sıra çətinliklər yaradırdı. Əsas çətinliklərdən biri Mərkəzi Bankın kommersiya banklarına vəsait ayırması amma nəzarətin digər qurumda olması idi. Eyni zamanda palata kommersiya banklarının sağlamlaşdırılmasına mənsub olan qurum olaraq prosesə nəzarət edirdi. Amma kommeriya bankları özlərinə lazım olan vəsaiti və xüsusən də ucuz vəsaiti daha çox Mərkəzi Bankdan cəlb edirdi. Bu struktur islahatıdır".

İqtisadçının sözlərinə görə, gələcəkdə Neft Fondu da ləğv edilə bilər:

"Neft ölkələrinə diqqət yetirsək, hətta Norveçdə belə Neft Fondu ayrıca fond olaraq fəaliyyət göstərmir. Gələcəkdə Neft Fondunun da Mərkəzi Banka birləşdirilməsi və daha vahid qurumun yaradılması daha məqsədə uyğundur. Bu dövlət rezervlərinin idarə edilməsi baxımından çox vacibdir".

V.Bayramov bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv qərarı ilk növbədə iqtisadiyyatımızın ən böyük problemi olan rəqabətin güclənməsinə şərait yaradacaq:

"Banklarda likvidlik problemi qalmaqdadır. Bank sektorunun sağlamlaşdırılması və likvidliyin artırılması bağlı sistemli islahatların aparılmasına ehtiyac var. Düşünürəm ki, bir qurumda olması sistemliyin yaradılmasına imkan yaradacaq. Əlbəttə ki, bu birləşmədən sonra çox vacibdir ki, Mərkəzi Bank sektorun sağlamlaşdırılması və likvidliyin artırılması ilə bağlı rəqabəti genişləndirsin. Çünki bu gün bank sektorunda ən böyük problem rəqabətin aşağı olmasıdır. Hər halda son dəyişikliklər rəqabətin gücləndirilməsi, siyasətin mərkəzləşdirləməsi və sistemləşdirilməsi üçün baza formalaşdırır. Yəqin ki, Mərkəzi Bank artıq postneft dövründə yeni çağırışlara uyğun olaraq, yeni idarə etmə sistemi quracaq”.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət