Zaur kimə söz atdı? - "Get arxandakı vedrəyə bax"



Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, proqramına çıxartdığı Səbinə adlı qadının həyat hekayəsi haqda süjetin tənqid edilməsi onu əsəbiləşdirib. Belə ki, qadının efirdə dediyi "Məni biabır etdiniz" kəlməsi sosial şəbəkədə müzakirələrə səbəb olub və Zaur qınanılıb.

Baxşəliyev əleyhinə olan bu cür yazıların sifarişlə yazıldığını eyham edib:

"Burada bütün problemlərə ciddi yanaşılır. Əgər kiminsə həyatında problem varsa, burada açılırsa, bizim günahımız deyil. Bizdə çıxış edən Səbinənin taleyi ilə bağlı yazıblar. Əgər o insanın taleyinə yanırsızsa, bilin ki, küçədə yatanda kim ona ev verdirdi, iş tapdırdı. Bunu yazdıranlar və yazdırmaq istəyənlərin öz vedrələrindən xəbərləri yoxdur.

Bunu sifarişlə etdirmək istəyən insanlar var. Dönsün arxasına baxsın ki, öz həyatında nələr olub. Səbinə küçələrdə yatanda, Zaur onun əlindən tutdu. İndi onun evi, işi, çörəyi, yaşayışı var. Kimsə onun qeydinə qalırsa, getsin yaşadığı evə baxsın. Canı yanan getsin qapısını döysün, ona çörək versin.

Onu yazanlara yox, yazdırana demək istəyirəm ki, öz vedrənə bax".

Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət