Axtarış...

3 min toyuq-cücə diri-diri yandı - Ucarda dəhşətli yanğın

3 min toyuq-cücə diri-diri yandı - Ucarda dəhşətli yanğınUcar rayonunda baş verən yanğın zamanı 3 min ədəd toyu-cücə yanaraq tələf olub.

İxa.az xəbər verir ki, hadisə rayonun "29-cu məhəllə" adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə, olan ümumi sahəsi 134 kvadratmetrlik toyuq-cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 ədəd toyuq-cücə yanaraq tələf olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. (Report)

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz