Axtarış...

“Qarabağ”ın sabiq oyunçusu ağır durumda - Yemək almağa pulu yoxdur



Latviya millisinin məşhur oyunçularından olmuş, bir vaxtlar Azərbaycanda “İnter” (hazırkı “Keşlə) və “Qarabağ”da çıxış edən Andrey Rubins ağır vəziyyətdə yaşayır.

Qol.az xəbər verir ki, bu haqda “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons özünün Tvitter hesabında məlumat yayıb. O, Rubinsin yemək almaq üçün pul tapa bilmədiyini yazıb: “Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubins yaşamaq üçün pul tapa bilmir”.

Mixelsons sabiq futbolçunun bank hesabının nömrəsini də yazaraq ona kömək göstərilməsini xahiş edib.

Qeyd edək ki, Andrey Rubin Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biridir. O, “Avro-2004”ün final mərhələsinin iştirakçısı olub.

Rubin 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.

“Qarabağ”ın sabiq oyunçusu ağır durumda - Yemək almağa pulu yoxdur



Şərh yaz