Axtarış...

Bakıda vəzifəli şəxs istefa verməyə hazırlaşır - FOTO

Bakıda vəzifəli şəxs istefa verməyə hazırlaşır - FOTO

"Sizə söz verirəm ki, yaxın müddətdə mən də istefa verib gedəcəyəm. Artıq yaş həddi gəlib çatıb. Gərək müxbirlərin sözünü yerə salmayım”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Bakı Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov, "Bakupost”un müxbirinin kadr islahatları ilə bağlı sualına cavab verərkən deyib.

O bildirib ki, YAP-ın 45 faizi gənclərdən ibarətdir: "Siz, yəqin, məni nəzərdə tutursunuz ki, artıq yaşlanmışam, nəyə görə buradayam? Burada bir şey var, böyüklərdən təcrübəni öyrənmək lazımdır. Lakin zamanı gəldiyində istər-istəməz bu estafet gəncliyə verilməlidir. Hazırda partiyanın hardasa 45 faizi gənclərdən ibarətdir. Ulu öndərimiz dediyi kimi, gələcək gənclərin əlindədir. Bizim gəncliyimiz rusların Demokl qılıncı altından keçib. O vaxt səsimizi çox çıxara bilmirdik.

Amma bugünkü gənclik azad, müstəqil Azərbaycanda yaşayır. Ona görə də daha çox aktiv olmalı, irəli getməlidir. Söz yox ki, mən hələ gənclərimizi istədiyim səviyyədə görə bilmirəm. Yəqin ki, xaricdə oxuyub vətənə dönənlər daha fəal, daha çevik olacaqlar. Onda bizlər də rahat olacağıq. Sizə söz verirəm ki, yaxın müddətdə mən də istefa verib gedəcəyəm. Artıq yaş həddi



Daha çox xəbər

Şərh yaz