Axtarış...

Zakir Quliyevin yeni ambisiyaları... - İDDİA

Zakir Quliyevin yeni ambisiyaları... - İDDİA

Son vaxtlar əksər media qurumlarında əslən Sabirabad rayonunun Cavad kəndindən olan və Meliorasiya və Su Təsərrüfatı ASC-də sədrin birinci müavini vəzifəsini daşıyan Zakir Quliyevlə bağlı sislsilə açıqlamalar dərc olunmaqdadır. Dərc olunan açıqlamalarda qeyd olunur ki, adı çəkilən bu şəxs bugünkü vəzifəsini daşımazdan öncə Sabirabad Ryon Bəndatma İdarəsində rəis vəzifəsini daşıyırdı. Zakir Quliyevin qardaşı Elçin Quliyev isə, Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixdə imzaladığı Sərəncam əsasında ləğv edilmiş Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müavin vəzifəsini daşıyırdısa, o, çox keçmir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadənin dəstəyi ilə, millət vəkillliyinə də sahib ola bilir. Yəni, ASC-nin sədri tərəfindən ona belə bir dəstəyin verilməsinin müəyyən əsasları olur. Söylənilənlərə görə, Zakir Quliyev Əhməd Əhmədzadənin qardaşı nəvəsinin kirvəsi olur və belə bağlılığın varlığı səbəbindən də, o, “irəli çəkilir”. Adı çəkilən bu şəxsin ASC-də birinci müavin vəzifəsinə “irəli çəkilməsinə” baxmayaraq, o, heç bir halda Bəndatma İdarəsində nəzarəti əldən vermir və vaxtilə rəhbərlik etdiyi idarəyə bibisi oğlu Elman Nuriyevi təyin etdirməyi də bacarır.
Onu da qeyd edək ki, Zakir Quliyevin qardaşı Elçin Quliyevin millət vəkilli olmasına “yaşıl işıq” yandırıldıqdan sonra, onun namizədliyi YAP-ı tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürülür. İddialara görə bu şəxs həmin vaxtlarda seçiciləri ilə görüşməklə bərabər, “pərdəarxası oyun” qaydalar oynamaqla da məşğul olur. Seçki kompaniyasının gedişi zamanı Elçin Quliyevin təbliğat və təşviqat kompaniyasının əsas aparıcılardan biri Sabirabad Ryon Bəndatma İdarəsinin rəisi Elman Nuriyev olur və o, qeyd olunan seçki dairəsini əhatə edən ərazilərdə yaşayan sakinlər arasında onbaşı, yüzbaşı sistemini tətbiq etməyə də nail olur. Nyus.az-ın əldə etdiyi bəzi səhih məlumatlara görə, Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin seçki kompaniyası dövründəki bütün xərclərini öz üzərinə götürür və bu işdə ona Meliorasiya və Su Təəsrrüfatı ASC-nin Sabirabad rayonundakı idarə müdirləri də dayaq olur. (məqaləni istinad etmədən hansısa saytda yerləşdirmək həm abırsızlığın, həm də savadsızlığın göstəricisidir) Hər bir idarə müdirinin axşam saatlarında rayonda “prestijnı” olması ilə ad-san çıxaran “Şamlıq” restoranına təşrif buyurduqları və Elman Nuriyevdən başqa, Elçin Quliyevdən də tapşırıqlar aldıqları söylənilir. Bəzi iddialara görə, həmin vaxtlarda Zakir Quliyev ixtiyarında olan adminstrativ imkanlardan lazımınca yararlanır, seçki kompaniyası prossesinə müdaxilələr edir və qardaşının deputat olmasına yollar da açır.
Çatdırılan məlumatlara görə, bu gün Sabirabad rayonunun Cavad kəndində Quliyev soyadını daşıyanlar içərisində ən böyük vəzifə sahibi olan şəxs Zakir Quliyevdir. İddialara görə bu şəxs ara-sıra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından da sui-istifadə edir. Məsələn, Zakir Quliyevin Zəngənə kəndi yaxınlığında böyük balıq vətəgəsi yaratdığı və həmin balıq vətəgəsinin Kəmaləddin Heydərova məxsus olması yöndə təbliğat apardığı da bildirilir. Nyus.az-a daxil olan digər səhih məlumatlara görə, Meliorasiya və Su Təəsrrüfatı ASC-i sədrinin birinci müavini olan bu şəxsin, rayonun Bulaqlı kəndində 15 ədəd “parnik”i var və onun həmin “parnik”ləri icarəyə verdiyi də söylənilir. Bundan əlavə, Zakir Quliyevin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində “karyer”inin olduğu və həmin “karyer”ə qardaşı oğlu Kamran adlı şəxsin rəhbərlik etdiyi vurğulanır. Bu şəxsin Qasımbəyli kəndində iribuynuzlu, Cavad kəndində isə xırdabuynuzlu təsərrüfatı var. Cavad kəndindəki təsərrüfatının yaxın qohumu Elşad adlı şəxs tərəfindən idarə olunduğu bildirilir. Zakir Quliyevin xalası oğlu Ramin Yahyayevin rayonda Sığorta idarəsinin rəisi olsa da, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov isə, Cavad kənd bələdiyyəsinin sədri vəzifəsini daşımaqdadır. Müəyyən iddialara görə, Elman Nuriyev əksər qohum-əqrəbasını Sabirabad Rayon Bəndatma İdarəsində işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir. (məqaləni istinad etmədən hansısa saytda yerləşdirmək həm abırsızlığın, həm də savadsızlığın göstəricisidir) Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu, adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağaza vasitəsilə silindiyi söylənilir. Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində görsənə bilməz. Elman Nuriyevi himayə edən şəxsin isə, yuxarıda qeyd etdiyimiz kimi Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətində birinci müavin vəzifəsini daşıyan Zakir Quliyevin olduğu vurğulanır.
Bir faktı da qeyd edək ki, son günlər digər vəzifə sahibləri ilə bərabər, yaş senzi ilə əlaqədar Əhməd Əhmədzadənin də başı üstündə “qara yellər” əsməkdədir. ASC-i sədrinin belə bir vəziyyətini, 13 illik “taxt-tacından salınacağını” öncədən hiss edən Zakir Quliyev, deyəsən həmin “post”a sahiblənmək üçün indidən hərəkətə keçib. Bu şəxsin atacağı addımların qarşılığında onun nə qədər uğur qazanıb-qazanmayacağı haqda dəqiq proqnoz söyləyə bilməsək də, deyəcəyimiz fikir o olacaq ki, Zakir Quliyevin Meliorasiya və Su Təəsrrüfatı ASC-nin sədri vəzifəsini ələ keçirmək üçün, bu gün konkret iddiasını ortaya qoyduğu söylənilir. Bu yöndə araşdırmamız davam edəcək və hər kəsi, çox yaxın güünlərdə daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

//Nyus.az//


Daha çox xəbər

Şərh yaz