Axtarış...

Rusiyada yaşamaq üçün ən əlverişli şəhər açıqlandı



Rusiyada yaşamaq üçün ən əlverişli şəhərlərin reytinqi açıqlanıb.

Rusiya Maliyyə Universitetinin tədqiqatlarına əsasən, Tatarıstanın paytaxtı Kazan Rusiyada həyat keyfiyyətlərinə görə ən yaxşı şəhərdir.

Reytinqin ikinci pilləsində Çeçenistanın paytaxtı Qroznı qərarlaşıb, üçlüyü Tümən şəhəri bağlayır.

Onluğa Krasnodar, Moskva, Sankt-Peterburq, İrkutsk, Sevastopol, Ufa və Kemerova şəhərləri daxil edilib.

Sorğu Rusiyanın 250 mindən çox sakininin məskunlaşdığı 78 şəhərdə aparılıb. Sorğuda əsas şərt kimi iş yerləri, kommunal xidmətlər, infrastruktur, keyfiyyətli tibb xidməti və digər sahələrdə olan göstəricilər nəzərə alınıb.



Şərh yaz