Axtarış...

Mehriban Əliyeva Azərbaycan xalqına təşəkkür etdi.



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram”da ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

Təşəkkür mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!”


Daha çox xəbər

Şərh yaz