Axtarış...

Şah babamızın atasının türbəsi dağılır, Qarayevin işçisi isə... - "Siyahıda yoxdur" deyir...

Şah babamızın atasının türbəsi dağılır, Qarayevin işçisi isə... - "Siyahıda yoxdur" deyir...

Səfəvi təriqətinin rəhbəri və Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Ağdərə kəndində yerləşən məqbərəsi dağılıb.

Kult.az xəbər verir ki, sözügedən məqbərənin fotosu Feysbukda paylaşılıb. Məlumata görə, sözügedən məqbərənin bərpası üçün aidiyyəti qurumlar tərəfindən hər hansı işlər görülmür.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib:

“Türbə Nazirlər Kabinetinin 2 avqust 2001-il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib. Buna baxmayaraq, ölkə ərazisində olan və həmin siyahıda yer almayan abidələrin aşkar olunaraq qeydiyyata götürülməsi istiqamətində aparılan monitorinqlər davam etdirilir. Son illər aparılmış monotorinqlər nəticəsində 1700-dək abidə aşkar olunaraq tarixi abidələr siyahısına daxil edilib. Eləcə də Xızı rayonu üzrə 64 abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Yeni aşkar olunmuş bütün abidələrin dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına təqdim olunacaq. Bundan sonra həmin abidələrin təmir-bərpa, konservasiya, restavrasiyası istiqamətində işlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında baş vermiş döyüş nəticəsində öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunur. Sonradan onun nəşi Ərdəbilə aparılır.(Kult.az)



Daha çox xəbər

Şərh yaz