Axtarış...

Samir Şərifovdan gələn ilin dövlət büdcəsi ilə bağlı VACİB AÇIQLAMA



Gələn ilin dövlət büdcəsi layihəsində kəsir və Naxçıvana dotasiya 1,9 milyon manat azaldılır, partiyalara və ictimai birliklərə ayrılan vəsaitlər artırılır.
Milli Məclisdə müzaikrələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib və Prezident tərəfindən bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edilib ".

Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə 2020-ci il dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkillərinin təkliflərini cavablandıran Maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq həmin məsələləri açıqlayıb:
"Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağru rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının da büdcə layihəsində nəzərə alınması təklif olunur ".

Maliyyə naziri qeyd edib ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərcləri əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir :
"Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respubilkanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasyia məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dölət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasınn büdcəsinə yöəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq ".
S. Şərifov deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri tədlim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur: "İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsnin gəlirləri gəlirləri təqdim olunmuş səvyyədə, yəni 24 milyard 134,5 mlyon manat, xərcləri isə 19 milyon manat 26 miylard 894,7 milyon manat, kəsir isə 19 milyon manat azaldılaraq 1 milyard 786 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqlim olupmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtyiac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər dəyişikliklər öz əksini tapsın ".



Şərh yaz