Axtarış...

Azərbaycanın Birinci vitse-prezidenti Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib - YENİLƏNİB




Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 23-də Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər.



APA-nın xəbərinə görə, Birinci vitse-prezident Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko forumda çıxış ediblər.

***

saat 14:10

Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, plenar iclasda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Plenar iclasın işini Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin davam etdiriblər.

İclasın sonunda Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Sonda Mikayıl Cabbarov və Maksim Oreşkin Rusiya-Azərbaycan Regionlararası forumunun yekunları ilə bağlı çıxış ediblər.

Nazirlər Forumun yekununu müsbət qiymətləndiriblər.


Daha çox xəbər

Şərh yaz