Axtarış...

Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib



Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyənin tarixi və bu günü üçün misilsiz xidmətlər göstərib. Ruhu qarşısında mənəvi borcumuzdur ki, onun irsini daha mütəşəkkil şəkildə araşdıraq və gələcək nəsillərə daha dərindən tanıdaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış türkiyəli professor Əli Birinci ifadə edib. Azərbaycanda və Türkiyədə Əhməd bəy Ağaoğlunun irsinin araşdırılması üçün böyük işlər görüldüyünü diqqətə çatdıran professor bildirib ki, o, faydalı təşəbbüsləri, qurucu işləri, elmi nailiyyətləri ilə ölməzlik qazanan tarixi şəxsiyyətdir. Onun işlərini daha sistemli həyata keçirmək, fəaliyyətini əks etdirən materialların Türkiyədə də külliyyat halında nəşr olunması vacibdir. Bu nəşr gələcək nəsillərə böyük töhfə olardı.

Qeyd edək ki, professor Əli Birinci Ankara Universitetində keçirilən konfransın “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzulu panelində geniş məruzə ilə çıxış edib.



Şərh yaz