Axtarış...

Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB - “Paşinyana yaxşı suallar hazırlamışdıq”

Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB - “Paşinyana yaxşı suallar hazırlamışdıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyaya səfər edib. Paşinyan Milanda bir sıra görüşlər keçirib. Ermənitan Baş nazirinin dünən iştirak etdiyi tədbirlərə İtalıyadakı azərbaycanlılar da qatılıb.

Belə tədbirlərdən biri Milandakı kilsədə keçirilib. Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən Ata Abdullayev adlı bloger ona suallar ünvanlayıb. Ata Abdullayevin davranışı və Paşinyana sanballı suallar ünvanlaya bilməməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Paşinyanın iştirak etdiyi digər tədbirdə olan azərbaycanlı tələbə Emin Rüstəmov kilsədəki görüşdən xəbərsiz olduğunu deyib.

O, özünün iştirak etdiyi görüşün detalları barədə Modern.az-a danışıb.

Bildirib ki, tədbir samballı beyin mərkəzinin təşkilatçılığı ilə baş tutub:

“İtaliyada “Italian Instute of International Political Studies” adli bir beyin mərkəzi var. Həmin mərkəzin təşkil etdiyi tədbirin adı “Dialogue with Nikol Pasinyan, prime minister of Armenia” adlanırdı. Tədbirə cəmi 3 azərbaycanlı qatılmışdı”.

Emin Rüstəmov tədbirə daxil olarkən hər hansı məhdudiyyətin olmadığını da qeyd edib:

“Sərbəst formada tədbirə qatıldıq. Təbii ki, Paşinyanın tədbirdə iştirakından xəbərdar idik. Çox yaxşı suallar da hazırlamışdıq. Keçib zalda əyləşdik. Sonra Paşinyan da zala daxil oldu. O zala daxil olarkən hamı ayağa qalxsa da, biz qalxmadıq. O danışdı alqışladılar, ancaq biz alqışlamadıq. Tədbirin sonunu səbirsizliklə gözləyirdim. Ona cavab verməyə kifayət qədər arqumentlərim də vardı. Sadəcə, bizə dedilər ki, heç kimə sual verməyə imkan yaradılmayacaq. Təəssüf ki, Paşinyana sual verməyə, fikirlərinə münasibət bildirməyə imkan vermədilər”.


Daha çox xəbər

Şərh yaz