Axtarış...

Elçinlə arvadından döyülmə xəbərinə reaksiya



Aparıcı Elçin Əlibəylinin həyat yoldaşı Dilrubə Vaqifzadə ərini döyməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

D. Vaqifzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, cütlüyə qarşı başlanmış bir kampaniyadır:

“İndi də ailəyə keçiblər. Yayılmış xəbərlər barədə bayaq Elçinə dedim, bundan sonra xəbəri oldu. Dedi ki, şayiə yaydığına görə, bütün saytları məhkəməyə verəcək. Biabırçı söhbətlərdir. Təbii ki, heç birinin əsası yoxdur”.

Maraqlıdır ki, arvadı Əlibəylinin hazırda efirdə olduğunu iddia edib:

“Bundan başqa xəbər də yayılıb ki, Elçin Əlibəylini “Space” TV-dən qovublar. Ancaq hazırda Elçin kanalda veriliş aparır, çəkilişlərdədir, efirə də gedir. Bu qurulan nə kampaniyadır bilmirəm”.

Elçin Əlibəyli də məsələ haqda post paylaşıb. Sözügedən paylaşımı olduğu kimi təqdim edirik:

“Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!”

Qeyd edək ki, Elçin Əlibəylinin “Space” TV-dən çıxmağı haqda məlumatı bütün Kütləvi İnformasiya Vasitələri aparıcının özünə istinad edərək yaymışdı. Belə ki, E. Əlibəyli birbaşa efirdə kanaldan getdiyini açıqlamışdı.


Daha çox xəbər

Şərh yaz