Axtarış...

“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ

“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ

“Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev “İTRON” şirkətinə məxsus yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verib.

Mətbuatda yayılan məlumata görə, “Azəriqaz” rəhbəri tərəfindən vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığı, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etdiyi, həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq belə bir qərar veriib. 2018-ci ildə sifariş verilən “İTRON” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi dayandırılıb. Əvvəllər istifadə edilən, vətəndaşların fasiləsiz qaz təminatında problemə səbəb olmayan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul olunduğu da yayılan məlumatlar arasındadır.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, smart tipli sayğaclardan imtina edilməyib:

“Smart tipli sayğaclardan imtina edilməyib. Sadəcə olaraq, maliyyə durumumuzla əlaqədar bu sayğacların alışını azaldacaq və mexaniki sayğacların quraşdırılmasına üstünlük verəcəyik. Çünki bu sayğaclar bahalı sayğaclardır. Əvvəllər mexaniki sayğaclar quraşdırarkən vədəndaşlarla ödəniş məsələsində problemlər yaşayırdıq. Ancaq indi müşahidə etdik ki, vətəndaşlar ödəniş etməkdə fəallıq göstərir və bu məsələdə heç bir problem yoxdur. Ona görə də öz maliyyə durumumuzu da nəzərə alaraq mexaniki sayğacların quraşdırılmasına üstünlük verdik. Ancaq əvvəl quraşdırılan smart sayğaclar da yerində qalacaq. Bundan sonra harada qaz çəkiləcəksə və ya sayğac dəyişməsi olacaqsa, orada mexaniki sayğaclar quraşdırılacaq”.

“Azəriqaz” rəsmisi kartların bloklanması problemi ilə bu sayğacların alışının azaldılmasının heç bir əlaqəsi olmadığını deyib:

“Harada kartların bloklanması ilə bağlı müraciət olunursa, dərhal aradan qaldırılır”.


Daha çox xəbər

Şərh yaz