Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb



Noyabrın 22-23-də Tbilisidə ilk dəfə “Professional Musiqi Forumu” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan ilə yanaşı, Avropanın müxtəlif ölkələrindən nüfuzlu musiqi ekspertləri iştirak edəcək.

Forum “Kavkaz Jazz Festival” və “ArtBridge” qeyri-kommersiya təşkilatının birgə təşkilatçılığı, Tbilisi meriyası, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Milli Turizm Agentliyi, Türkiyə və Çexiyanın Gürcüstandakı səfirliklərinin dəstəyi ilə keçiriləcək.

Forumun məqsədi Gürcüstanda və qonşu ölkələrdə musiqi sənətini və incəsənəti inkişaf etdirməkdir.

Forum çərçivəsində konsertlər və panel sessiyalar təşkil olunacaq. Bu iclaslarda dünya musiqi bazarının vəziyyəti, bu sahədəki problemlər və nailiyyətlər müzakirə olunacaq.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət