Axtarış...

Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA



“Mühacirlərin Azərbaycana deportasiyası üçün iki ölkə arasında müqavilə olmalıdır”.

Bu sözləri Almaniyada tutulan azərbaycanlı mühacirlərin ölkəyə təhvil verilib-verilməyəcəyi barədə Lent.az -a, Vəkillət Kollegiyasının üzvü, beynəlxalq hüquq üzrə mütəxəssis hüquqşünas Habil İskəndərov deyib. Hüquqşünas, saxlanılan mühacirlərin Azərbaycana təhvil verilməsi üçün bir neçə kriteriyaların lazım olduğunu bildirib:
Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA
“Almaniya dövləti saxladığı azərbaycanlı mühacirləri Azərbaycana təhvil verməsi üçün əvvəlcə iki ölkə arasında müqavilə olmalıdır. İkincisi, qeydə alınan pozuntular Azərbaycanda da cinayət hesab olunmalıdır. İnsan alveri nəinki Azərbaycanda, bütün dünyada ən böyük cinayətlərdən biri hesab olunur. Onun da ən geniş yayılmış növü qadınları əxlaqsızlığa cəlb etməkdir. Digər növlərin içərisində əsası isə orqan alveri hesab olunur. Həmçinin saxta sənəd düzəltmək də Azərbaycan qanunvericiliyində cinayət tərkibli əməl hesab edilir. Qeyd etmək lazımdır ki, yalnız insanlara hər hansı hüquq verən sənədlər saxtlaşdırıldıqda bu cinayət hesab olunur. Sözügedən hadisədə də, mühacirlərə saxta miqrant sənədi verilib. Yəni, onların başqa bir ölkədə yaşamağına, fəaliyyətinə saxta sənədlə icazə verilib. İki ölkə arasında deportasiya haqqında müqavilə varsa, saxlanılan şəxslər Azərbaycana verilə bilər”.


Daha çox xəbər

Şərh yaz