İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq



Azərbaycanın gənc və istedadlı rəssamı Zöhrab Salamzadənin İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Sirlərin ahəngi” adlı sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, noyabrın 19-na planlaşdırılan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə reallaşacaq.

“Çəkdiyim rəsmlərimin mövzularını tarixdən və dindən götürürəm. Sufizm- İslam sirləri ilə əhatə olunmuş mistik bir prosesdir. Dinə nə qədər çox qarışsam, kətan üzərində işləməyə daha maraqlı mövzular tapıram. Rəsmlərdə ən çox təsvir etdiyim bir neçə mövzu var. Bu köhnə şəhərdir-onsuz mən varlığımı təsəvvür eləmirəm, cinlərdir-bizimlə paralel olaraq yaşayırlar hansı ki, insanlar onları ciddiyə almır ,hörmətsiz münasibət bəsləyirlər baxmayaraq ki, onlar da bizim kimi eyni hüquqludurlar və bütün bunları bir yerə qoyan, birləşdirən dərvişlərdir. Onların fəlsəfəsi həyat və sevgidir hansı ki, dünyada əsrlər boyu mövcud olmuş, mədəniyyətimizə və dünyagörüşümüzə əhəmiyyətli dərəcədə təsir etmişdir. “Sirlərin ahəngi ”sərgisində mən məhz dərvişlərin bu ahəngə uyğunlaşmasını göstərmək istəyirəm. Sülh və sevgi isə onların təbliğ etdikləri əsas ünsürlərdir”, - deyə rəssam söyləyib.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət