Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarəti elektron qaydada həyata keçirəcək".

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir. Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib:

"Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .

A.Əliyev əlavə edib ki, həm "Məşğulluq haqqında" qanunda, həm də ƏƏSMN-nin "Məşğulluq" alt sistemində işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması ilə bağlı heç bir mexanizm yoxdur: "Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. Amma işəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir, yəni bununla bağlı bir məhdudiyyət yoxdur".
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət