Axtarış...

Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”

Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”

“Azərbaycanda bankların biznes krediti verməməsi ilə bağlı deyilənlər düzgün deyil. Normal vəziyyəti, biznes planı olan, bir sözlə normal müştəriyə niyə kredit verməyim ki?”

Millitv.az “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bu gün banklar hər bir normal müştəri uğrunda mübarizə aparır. Bütün ölkəni gəzib normal müştəri axtarırıq. “Banklar biznes krediti vermir” ifadəsini o adamlar deyə bilər ki, onların ödəniş qabiliyyəti - maliyyə vəziyyəti, biznes-planı yaxşı deyil. Siz belə adamlara kredit verərdinizmi?”, - deyə sədr qeyd edib.
F.Hüseynov kredit faizlərinin yüksək olması barədə iddialara da cavab verib: “Kredit faizləri depozit faizlərinə bağlıdır. Amma bu gün faizlər elə də yüksək deyil. İllik 13-14%-lə, manatla biznes kreditləri götürmək mümkündür”.


Daha çox xəbər

Şərh yaz