Axtarış...

Bakının göbəyində “at oynadan” ermənilərlə bağlı DSX-dən qəribə cavab - “Hanı burda erməni?”

Bakının göbəyində “at oynadan” ermənilərlə bağlı DSX-dən qəribə cavab - “Hanı burda erməni?”

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur

Üç gündür ki, sosial şəbəkələrdə Bakının küçələrində şəxsi avtomillərində gəzən və çəkiliş edən erməniləri izləyirik.

Maraqlı burasındadır ki, axşam saatlarında paytaxt küçələrində rahatca gəzən və erməni dilində musiqi sədaları altında tur edən erməni kişilər üstəlik azərbaycanlıları təhqir edə edirlər.

Videonu hiddətlə izləyənlər isə aidiyyəti qurumlardan ermənilərin ölkəyə girişi və həyasızlığı ilə bağlı cavab gözləyirlər. Axı həmin ermənilər Bakıya necə gəlib? Dolaşdıqları maşın kimə məxsusdur? Bu rahatlıqları ilə kimə güvənirlər?

AYNA məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb.

DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirib.

Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab verib və deyib: “Hanı burda erməni”.

“Erməni deyillərsə, bəs kimdilər, aydınlıq gətirin məlum videoya”, - sualımıza isə ümumiyyətlə cavab verməyib.

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur.



Daha çox xəbər

Şərh yaz