“Sabah” 11 oyunluq seriyaya son qoydu



“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu Premyer Liqanın X turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb – 2:1.

Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.

274 günlük seriyanın qırılması həm də paytaxt klubunun Premyer Liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu X turda qalibi müəyyənləşən yeganə qarşılaşmadır. Premyer Liqanın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət