Axtarış...

Ağstafada baş verən güllənlənmə ilə bağlı cinayət işi başlanılıb

Ağstafada baş verən güllələnmə ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, oktyabrın 31-i Ağstafa rayonu ərazisində Yusif Əlləzov və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldıqları xəsarətlə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

K. Zeynalov qeyd edib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib:

“İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.//Apa.az


Daha çox xəbər

Şərh yaz