BNA sərgüzəştlərinin yeni mərhələsi - İTTİHAM

BNA sərgüzəştlərinin yeni mərhələsi - İTTİHAM

Teref.az yazır ki, Peyman Sadiqov sosial şəbəkədə BNA-da baş verən qanunsuzluqlarla bağlı status paylaşıb. Statusu təqdim edirik:
BNA sərgüzəştlərinin yeni mərhələsi.

Bu qəbzi bir yaxın tanışda gördüm. Deməli BNA səhv yerdə paklanmış maşını cərimələyir və onu evakuatorla Qış parkının altındakı cərimə dayanacağna aparır. Evakusaiya xidmətini Evakuator.az MMC adlı innovativ bir şirkət həyata keçirir.
Sərgüzəşt 1. Cəriməni ödədikdən evakusaiya üçün olan ödəniş evakuasiya xidməti kimi deyil, hesabın möhkəmləndirilməsi kimi göstərilir. Guya sahibkar öz şirkətinin hesabındakı vəsaiti artırmaq üçün şirkətə pul qoyur. Səbəb isə həmin vəsaitin vergiyə cəlb olunmamasıdır.
Sərgüzəşt 2. Demək olar ki bu halla üzləşmiş sürücü qəbzdə nə yazıldığına diqqət etmir. Artıq suallar da vermir. Ta bir ayıq sürücü bunu sorğulayana kimi.
Sərgüzəşt 3. Ayıq srücü fərqli mənzərəni görür və Evakuator.az MMC-yə iradını bildirir. Sonuncu isə şikayəti BNA-ya yönəldir. Niyə BNA. BNA axı cərimə ödənişini alır. Evakuasiya xidmətini müqavilə üzrə Evakuator.Az MMC göstərir.
Sərgüzəşt 4. BNA, eləmə tənbəllik və elə həyasızlıq, vətəndaşı çağırıb deyir ki, məsələni ictimailəşdirməyin. "Biz şadıq ki bizdə belə ayıq vətəndaşlar var..." Söz verirlər ki, məsələ 1 həftəyə həllini tapar. Amma 1 aydan çox vaxt keçib hələ də cavab yoxdur.
Sərgüzəşt 5. Elə bilirsiz, o gündən vəziyyət düzəlib. Qətiyyən. Elə əvvəlki qaydada davam edir.

PS. Qəbzdə vətəndaşın şəxsi məlumatları, qəbzin nömrəsi və tarixi BNA tərəfindən onun kimliyi müəyyən edilməməsi üçün gizlədilib.
Qarşı tərəfi dinləməyə hazırıq!
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət