əl-Bağdadi və bin Laden öldürüldükdən sonra niyə dənizə atılıb?




Keçdiyimiz günlərdə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin etibarlı kəşfiyyat məlumatları əsasında birləşmiş komandanlığın keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldüyü məlum olub. əl-Bağdadinin ölümü isə daha çox Əl-Qaidənin keçmiş lideri Üsamə bin Ladenin ölümünü xatırladıb.
Dünyada ən çox axtarılan iki terrorçunun cəsədinin basdırılmaq əvəzinə suda batılırmasının səbəbi nədir?

2011-ci ildə ABŞ bin Ladenin cəsədinin İslam adətlərinə görə yuyulduqdan sonra Ərəbistan dənizindəki "USS Carl Vinson" gəmisi ilə aparılaraq dənizə atıldığını açıqlayıb.

Əl-Qaidənin liderinin ölümündən sonra Ağ ev cəsədin dənizdə batırılmasının səbəbini açıqlayıb: Cəsəd müəyyən bir yerdə başdırıldığı təqdirdə, həmin yer terror məbədinə çevrilə bilər". Lakin, bin Ladenin cəsədinin fotosunun yayılmaması fikirləri qarışdırıb.

Qeyd edək ki, İŞİD lideri əl-Bağdadinin də eyni şəkildə öldürüldüyü təxmin edilir.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət