Axtarış...

Azərbaycanda problemli kreditlərin həcmi açıqlandı



Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2019-cu ilin oktyabrın 1-nə 1 milyard 442 milyon 900 min manat təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Bu rəqəm sentyabrın 1-də 1 milyard 491 milyon 300 min manat olub.

Deməli, problemi kreditlərin məbləğində son bir ayda 48 milyon 400 min manat azalma müşahidə olunub.

Ölkədə problemli kreditlərin həcmi cari ilin əvvəlindən 142 milyon 100 min manat, ötən ilin analoji dövrü ilə müqayisədə isə 305 milyon 800 min manat azalıb.



Şərh yaz